Ölkə çempionatının 10-cu turunun açılış oyununda “Sərhədçi” və “Olimpik Şəki” komandaları üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan görüşün ilk iki periodu bərabər səviyyədə keçib. Meydan sahibləri böyük fasiləyə 3 xal fərqi ilə irəlidə yollanıblar. 3-cü hissədə tamamilə təşəbbüsə yiyələnən “Sərhədçi” basketbolçuları xal fərqini artırıblar. Sonuncu periodda da üstünlüyünü qoruyan “Sərhədçi” yekunda 99-80 hesabı ilə qalib gəlib. Qarşılaşmanın ən məhsuldar futbolçusu Endər Poladxanlı olub. O, 29 xal və 5 asistlə fərqlənib. Bu qələbə sayəsində xallarının sayını 16-a çatdıran “Sərhədçi” lider “Gəncə” ilə xal fərqini miniuma endirib. Əlavə edək ki, “Gəncə” bir oyun az keçirib. Yeri gəlmişkən, qərb təmsilçisi 10-cu turda “AAAF Xırdalan”la üz-üzə gələcək, “Neftçi” “Sabah”ı, “Zirvə Astara” isə NTD-ni qəbul edəcək. Oyunlar dekabrın 17-də və 18-də keçiriləcək.